Konfrans Liqası: "Qarabağ"ın oyununun baş hakimi dəyişdi

Konfrans Liqası: "Qarabağ"ın oyununun baş hakimi dəyişdi "Qarabağ" və İsrailin "Aşdod" klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək ilk oyunun baş hakimi dəyişib.
Futbol
20 İyul , 2021 16:49
Konfrans Liqası: Qarabağın oyununun baş hakimi dəyişdi
Sergey Boyko

"Qarabağ" və İsrailin "Aşdod" klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək ilk oyunun baş hakimi dəyişib.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi polşalı Kşiştof Yakubik idarə etməyəcək.

Matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Ona polşalı Arkadiuş Vuyçik və Tomaş Nemirovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Pyotr Lasik yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.

Son xəbərlər

Orphus sistemi