"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib. "Bakcell Arena"da oynanılan görüşü "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna meydan sahibləri daha fəal başlayıblar. İlk dəqiqələrdə ən real qol vəziyyətini də Azərbaycan təmsilçisi yaradıb. Lakin Qodsvey Donyonun 13-cü dəqiqədə vurduğu zərbədə azacıq dəqiqlik çatmayıb. Daha sonra oxşar vəziyyətdə Eddi İsrafilov hədəfən yayınıb. Hesab ilk hissədə əsas vaxtın bitməsinə bir dəqiqə qalmış vurulub. Ataa Caber Yusuf Lavaldan aldığı ötürməni dəqiq zərbə ilə tamamlayıb. "Rapid"in müdafiəçisinə dəyən top rəqib qapıçını çarəsiz vəziyyətdə qoyub və "Neftçi" fasiləyə minimal hesablı üstünlüklə yollanıb.
İkinci hissədə də üstün oyununu davam etdirən "ağ-qaralar" ardıcıl hücumlarının bəhrəsini 60-cı dəqiqədə görüb. Kenni Sayef qapıçını da aldadaraq, rəqib torunu silkələyib. Bundan sonra “Rapid” təzyiqi artırıb hesab arasındakı fərqi azaltmağa çalışıb. Qonaqlıar bir neçə epizodda buna müvəffəq olmayıblar. "Neftçi"nin qapıçısı İvan Brkiç iki dəfə komandasını real qoldan xilas edib. Bununla belə, Qvido Burqştaller əsas vaxta əlavə edilmiş 5-ci dəqiqədə fərqlənərək, yekun hesabı müəyyənləşdirib.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.
Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda 2-ci qol vurulub.
"Report"un məlumatına görə, "ağ-qaralar"ın yarımmüdafiəçisi Kenni Sayef 60-cı dəqiqədə komandasının üstünlüyünü artırıb.
Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, birinci yarıdan sonra Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0. Yeganə qolu 44-cü dəqiqədə Ataa Caber vurub.
Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, "ağ-qaralar" fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 44-cü dəqiqədə Ataa Caber vurub.
Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 44-cü dəqiqədə fərqlənən Ataa Caber "ağ-qaralar"ı önə keçirib.
Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
"Report"un məlumatına görə, "Bakcell Arena"kı qarşılaşma saat 21:00-da start götürüb. Görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də Vyanada olacaq.