Klublararası dünya çempionatında yarımfinalçılar müəyyənləşib

Klublararası dünya çempionatında yarımfinalçılar müəyyənləşib "Real Madrid" klubu Meksika "Amerika"sı ilə qarşılaşacaq
Futbol
11 Dekabr , 2016 18:01
Klublararası dünya çempionatında yarımfinalçılar müəyyənləşib

Bakı. 11 dekabr. REPORT.AZ/ Yaponiyada keçirilən futbol üzrə klublararası dünya çempionatında yarımfinalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, Kolumbiya "Atletiko Nasyonal"ı finala gedən yolda Yaponiyanın "Kasima Antlers" komandasını sınağa çəkəcək.

"Kasima Antlers" 1/4 finalda CAR-ın "Mamelodi Sandaunz" klubunu yenib - 2:0.

İspaniyanın "Real Madrid" klubuna isə Meksika "Amerika"sı rəqib olub. "Amerika" 1/4 finalda Cənubi Koreyanın "Çonbuk" komandasına qalib gəlib - 2:1.

Qeyd edək ki, yarımfinal görüşləri 14-15 dekabrda, 3-cü yer uğrunda və final matçları isə 18 dekabrda olacaq.

Son xəbərlər

Orphus sistemi