Klublar UEFA-dan aldıqları vəsaitin hesabatını verəcək

Klublar UEFA-dan aldıqları vəsaitin hesabatını verəcək Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan klubları UEFA-nın ayırdığı vəsaitlə bağlı AFFA-ya maliyyə hesabatı təqdim edəcək.
Futbol
4 Dekabr , 2018 14:46
Klublar UEFA-dan aldıqları vəsaitin hesabatını verəcək

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan klubları UEFA-nın ayırdığı vəsaitlə bağlı AFFA-ya maliyyə hesabatı təqdim edəcək.

“Report” xəbər verir ki, bu barədə AFFA Klublar Komitəsinin iclasından sonra “Neftçi”nin prezidenti Kamran Quliyev bildirib. 

Onun sözlərinə görə, məqsəd qitə futbol qurumunun verdiyi vəsaitin təyinatı üzrə xərclənməsinə diqqət yetirməkdir: “Bu il UEFA-dan klublara nisbətən daha çox vəsait daxil olub. AFFA-nın baş katibi Elxan Məmmədov da bu məsələni daha öncə qaldırıb. Uşaq və gənclər futbolunun inkişafına yönələn vəsaitin hesabatı verilməlidir. İndiki dövrdə əlavə hər bir manat yerinə düşür. Bəli, klublar həmin puldan klubun digər xərclərinə də sərf edirlər. Amma tövsiyyə olunub ki, bu vəsait daha çox uşaq futboluna yönəldilsin”.

Qeyd edək ki, UEFA 2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etmiş, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hər birinə 507 579,57 avro vəsait ayırıb. Bunlar "Zirə", "Keşlə", "Sumqayıt", "Səbail", "Neftçi", "Kəpəz" və "Qəbələ"dir. "Qarabağ" 2016-2017 mövsümünün yekununda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün bu vəsaiti əldə etməyib.  

Son xəbərlər

Orphus sistemi