Klub rəhbərliyini təhqir edən baş məşqçi qovulub

Klub rəhbərliyini təhqir edən baş məşqçi qovulub Almaniya Regional Liqasında çıxış edən "Aalen" komandasının baş məşqçisi Uve Volf istefaya göndərilib.
Futbol
17 Fevral , 2022 22:18
Klub rəhbərliyini təhqir edən baş məşqçi qovulub

Almaniya Regional Liqasında çıxış edən "Aalen" komandasının baş məşqçisi Uve Volf istefaya göndərilib.

"Report" aşağı liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 55 yaşlı mütəxəssisin klub rəhbərliyini təhqir etməsi və digər intizamsız davranışları səbəb olub.

Almaniyalı baş məşqçinin işçilərə hədə-qorxu gəldiyi, sponsorlara qarşı zorakılıq etdiyi, klubun imicinə zərər vuran ifadələr işlətdiyi, rəhbərliyin göstərişlərinə məhəl qoymadığı və mediaya bilərəkdən yalan məlumatlar ötürdüyü bildirilib.

Qeyd edək ki, Uve Volfu "Aalen"in baş məşqçi postunda müvəqqəti olaraq Kristian Demirtaş əvəzləyib.

Son xəbərlər

Orphus sistemi