“Liverpul”un baş məşqçisi Yurgen Klopp ötənmövsümkü 7:0-lıq qələbənin “qəribə və həyatda bir dəfə olduğunu” vurğulayaraq, “Mançester Yunayted”i tənqid edənlərin yanıldığını bildirib.
“Report”
“Qırmızı şeytanlar”ın “Enfild”dəki biabırçı məğlubiyyətindən söz açan baş məşqçi bunun indi meydan sahiblərinə kömək etməyəcəyini söyləyib:
“O gün bilirdik ki, 7:0 hesabı həyatda bir dəfə olan qəribə bir nəticədir. Bu kiməsə növbəti oyunda yardımçı olacaqsa, bu da bu hesabla qalib yox, məğlub komanda üçün olacaq”.
“Mançester Yunayted”in probleminin nədən ibarət olduğunu dəqiq bilmək üçün oyunlarını yetərincə diqqətlə izləmədiyini deyən Klopp, bununla belə, Erik ten Haqın ayın ən yaxşı baş məşqçisi seçildiyini xatırladıb: “Onların yaxşı formada olduğunu görürəm, o zaman bütün bunlar necə yanlış ola bilər? Bunu anlaya bilmirəm”.
“Yunayted”in biz oynamazdan öncə böyük olmaması ilə bağlı “Okey, bu onların öhdəsindən gələ biləcəyi oyundur” kimi başlıqların yazılmasını heç vaxt sevməmişəm”, – o vurğulayıb.
Qeyd edək ki, dekabrın 17-də İngiltərə Premyer Liqasının lideri “Liverpul” “Enfild”də özündən 10 xal geri qalan “Mançester Yunayted”i qəbul edəcək. Çempionatın favoriti olan “Liverpul” indiyədək 19 dəfə bu turnirin qalibi olub. Komanda cari mövsümü birinci pillədə bitirəcəyi təqdirdə çempionluq sayına görə mankunianlara çatacaq.