Klopp məşqçilik karyerasında ilk dəfə müdafiə olunmamasına icazə verdiyi futbolçunun adını açıqlayıb

Futbol
  • 15 mart, 2024
  • 00:27
Klopp məşqçilik karyerasında ilk dəfə müdafiə olunmamasına icazə verdiyi futbolçunun adını açıqlayıb

“Liverpul”un baş məşqçisi Yürgen Klopp UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Sparta" (Praqa, Çexiya) ilə cavab oyununda (6:1) “mersisaydlılar”ın vingeri Məhəmməd Salaha müdafiəyə çəkilməməsinə icazə verib.

“Report” xəbər verir ki, bu barədə almaniyalı çalışdırıcı oyunsonrası mətbuat konfransında deyib.

“Bu oyunda ilk dəfə futbolçunun müdafiə olunmamasına icazə verdim. Salahın mümkün qədər çox qol vurmasını istəyirdim. Məhəmməd çox təcrübəli oyunçudur. O, “Sparta”ya daha bir qol vura bilərdi, lakin Qakpo ofsaydda idi”, – “qırmızılar”ın baş məşqçisi vurğulayıb.

Qeyd edək ki, “Sparta” ilə oyunda Salah 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Misirli vinger cari mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 31 oyun keçirib, 20 qol vurub, 13 məhsuldar ötürmə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti