KİV: Ronaldu "Mançester Yunayted"də qalmağa qərar verib

KİV: Ronaldu "Mançester Yunayted"də qalmağa qərar verib Bu barədə iddianı jurnalist Pedru Almeyda irəli sürüb
Futbol
21 Avqust , 2022 14:50
KİV: Ronaldu Mançester Yunayteddə qalmağa qərar verib

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu cari mövsüm İngiltərənin "Mançester Yunayted" klubunda qalacaq.

"Report" xəbər verir ki, bu barədə iddianı jurnalist Pedru Almeyda irəli sürüb.

Buna "qırmızı şeytanlar"ın İspaniya "Real Madrid"indən Kazemironu transfer etməsi səbəb olub. Portuqaliyalı forvard braziliyalı oyunçunun keçidinə görə Mançester təmsilçisində qalmağa qərar verib.

Qeyd edək ki, Kriştianu Ronaldunun klubla 2023-cü ilin yayınadək müqaviləsi var. Təcrübəli oyunçu "Real Madrid"də Kazemiro ilə birlikdə çıxış edib.

Son xəbərlər

Orphus sistemi