KİV: "Neftçi" BATE-nin sabiq baş məşqçisi ilə anlaşmağa yaxındır

Futbol
  • 31 may, 2022
  • 11:27
KİV: Neftçi BATE-nin sabiq baş məşqçisi ilə anlaşmağa yaxındır
Viktor Qonçarenko

Belarus BATE-si və Rusiya MOİK-inin sabiq baş məşqçisi Viktor Qonçarenko "Neftçi"nin sükanı arxasına keçməyə yaxındır.

"Report"un məlumatına görə, bu barədə Vladislav Tatur teleqram kanalında xəbər yayıb.

Hazırda işsiz olan 45 yaşlı mütəxəssisin tezliklə "ağ-qaralar"ın baş məşqçisi təyin olunacağı bildirilib. Belaruslu bu vəzifədə paytaxt klubu ilə müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcək.

Qeyd edək ki, "Neftçi"də baş məşqçi məsələsinə iyunun 2-də Müşahidə Şurasının iclasında aydınlıq gəlməlidir.

44 filmi