Mirça Luçesku "Dinamo"dan istefa verdi

Mirça Luçesku "Dinamo"dan istefa verdi 4 gün öncə Ukraynanın "Dinamo" (Kiyev) klubuna baş məşqçi təyin olunan Mirça Luçesku istefa verib.
Futbol
27 İyul , 2020 17:39
Mirça Luçesku Dinamodan istefa verdi
Mirça Luçesku

4 gün öncə Ukraynanın "Dinamo" (Kiyev) klubuna baş məşqçi təyin olunan Mirça Luçesku istefa verib.

"Report" xəbər verir ki, bu barədə rumıniyalı jurnalist Emmanuel Roşu məlumat yayıb.

Onun sözlərinə görə, həmyerlisi Kiyev təmsilçisinin azarkeşlərinin narazılığı səbəbindən bu addımı atıb.

Artıq Luçeskunun özü də məlumatı təsdiqləyib. Baş məşqçi azarkeşlərin təzyiqi altında çalışmaq istəmədiyini bildirib: "Təəssüf ki, "Dinamo" ilə əməkdaşlıqdan imtina etməli oldum. Göstərilən etimada görə rəhbərliyə təşəkkür edirəm. Bu cür düşmənçilik mühitində işləyə bilmərəm. Fanatların hərəkətlərini qəbul edə bilmirəm. Bu, klubun maraqlarına ziddir".

Luçesku "Dinamo"nun sükanı arxasına iyulun 23-də keçib. 75 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Rumıniyalı baş məşqçi bu postda istefaya göndərilmiş Aleksey Mixayliçenkonu əvəzləyib. 

Qeyd edək ki, Mirça Luçesku 2008/2009 mövsümündə Ukrayna "Şaxtyor"u ilə UEFA Kubokunun (hazırkı Avropa Liqası) qalibi olub. Təcrübəli baş məşqçinin son iş yeri Türkiyə millisi olub.

Son xəbərlər

Orphus sistemi