KİV: "Lempard "Everton"a başçılıq edəcək"

KİV: "Lempard "Everton"a başçılıq edəcək" "Everton"un yeni baş məşqçisi Frenk Lempard olacaq
Futbol
29 Yanvar , 2022 05:09
KİV: Lempard Evertona başçılıq edəcək

"Everton"un yeni baş məşqçisi Frenk Lempard olacaq.

"Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano tviterdə yazıb.

Onun sözlərinə görə, klub 43 yaşlı mütəxəssislə müqavilə imzalayıb.

F.Lempardın təyin edilməsi ilə bağlı qərar cümə günü Vitor Pereyra və Dunkan Ferqüsonun da daxil olduğu bütün namizədlərlə danışıqlardan sonra qəbul edilib.

Xatırladaq ki, yanvarın 16-da “Everton” Rafael Benitesin baş məşqçi postundan uzaqlaşdırıldığını açıqlamışdı. 61 yaşlı məşqçi 2021-ci ilin iyul ayından komandanı çalışdırıb.

Qeyd edək ki, bu mövsüm “Everton” Premyer Liqada 20 oyun keçirib və 19 xal toplayıb. Liverpul şəhərinin təmsilçisi turnir cədvəlində 16-cı yerdədir.

Son xəbərlər

Orphus sistemi