KİV: “Bavariya” Noyeri daha bir mövsüm saxlamaq niyyətindədir

KİV: “Bavariya” Noyeri daha bir mövsüm saxlamaq niyyətindədir Almaniyanın “Bavariya” klubu qapıçısı və kapitanı Manuel Noyerlə müqavilənin müddətinin uzadılması üzrə danışıqlara başlamağa hazırdır.
Futbol
7 Yanvar , 2025 06:24
KİV: “Bavariya” Noyeri daha bir mövsüm saxlamaq niyyətindədir

Almaniyanın “Bavariya” klubu qapıçısı və kapitanı Manuel Noyerlə müqavilənin müddətinin uzadılması üzrə danışıqlara başlamağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkədə bildirib.

Mənbənin məlumatına görə, müqavilə 2026-cı il iyunun sonuna qədər nəzərdə tutulub. Futbolçunun hazırkı müqaviləsinin müddəti 2025-ci il iyunun sonunadək qüvvədədir.

Dekabrın 3-də Almaniya Kubokunun 1/8 final mərhələsində “Bayer 04”ə qarşı (0:1) matçda Noyerin qabırğası sınıb. Bir ay sonra o, komanda ilə məşqlərə qayıdıb.

38 yaşlı Noyer cari mövsümdə münhenlilərin heyətində bütün turnirlərdə keçirdiyi 19 matçın 12-də qapısını toxunulmaz saxlayıb. Qapıçı 2011-ci ildən “Bavariya”da çıxış edir. O, komanda ilə birlikdə 11 dəfə Almaniya çempionatının, 5 dəfə Almaniya Kubokunun və 2 dəfə Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi