KİV: Xavi "Barselona"nın baş məşqçisi ola bilər

KİV: Xavi "Barselona"nın baş məşqçisi ola bilər Barselonanın sabiq futbolçusu Xavi Ernandes komandanın yeni baş məşqçisi ola bilər.
Futbol
10 Yanvar , 2020 18:25
KİV: Xavi Barselonanın baş məşqçisi ola bilər

"Barselona"nın sabiq futbolçusu Xavi Ernandes komandanın yeni baş məşqçisi ola bilər.

"Report" "Rac1"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau və klubun idman direktoru Erik Abidal 40 yaşlı mütəxəssislə görüşüblər.

Onlar Xavinin yaxın gələcəkdə Ernesto Valverdenin yerinə "Barselona"nın baş məşqçisi postuna təyin olunmasını müzakirə ediblər.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Xavi İspaniya klubunda 700-dən çox matçda iştirak edib. O, 2019-cu ilin mayından Qətərin "Əl Sadd" komandasının baş məşqçisidir. 

Son xəbərlər

Orphus sistemi