KİV: Türkiyə Superliqası təxirə salındı

Futbol
  • 13 mart, 2020
  • 13:45
KİV: Türkiyə Superliqası təxirə salındı

Türkiyə Superliqasının qarşıdakı turlarının oyunları koronavirus pandemiyasına görə qeyri-müəyyən tarixədək təxirə salınıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar qəbul edib.

TFF-in yaxın saatlarda rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl oyunların azarkeşsiz keçirləcəyi açıqlanmışdı.