KİV: Ramil Şeydayev qış transfer dönəmində "Dinamo"nu tərk edəcək
Futbol
- 23 dekabr, 2019
- 13:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qış transfer dönəmində Rusiyanın "Dinamo" (Moskva) klubundan ayrılacaq futbolçular müəyyənləşib.
"Report" "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də var.
Bildirilib ki, yeni baş məşqçi Kirill Novikovun rəhbərliyi altında yalnız bir matçda meydanda olan 23 yaşlı hücumçu paytaxt təmsilçisini tərk edəcək.
Qeyd edək ki, Ramil Şeydayev bu ilin yayından "Dinamo"nun formasını geyinir. 23 yaşlı hücumçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır. "Dinamo" 19 turdan sonra Rusiya Premyer Liqasında 24 xalla 8-ci pillədə qərarlaşıb.
Son xəbərlər
19:36
Yeddi OPEC+ ölkəsi 2027-ci ilin yanvarında neft hasilatı kvotalarını saxlayıb – Yenilənib
Energetika
19:19
Foto
Azərbaycan nümayəndələri Daşkənddə Özbəkistanın tarixi, mədəniyyəti ilə tanış olub
Mədəniyyət siyasəti
19:05
Bakıda Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb
Hadisə
18:55
Azərbaycan Premyer Liqası: XIII turun son görüşündə "Qarabağ" "Sumqayıt"ı məğlub edib
Futbol
18:47
Foto
"Azərbaycanı kəşf et" təşəbbüsü çərçivəsində Qaranohur gölünə yürüş təşkil olunub
Ekologiya
18:25
Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötüb
Digər ölkələr
17:55
Leysan yağacaq, bəzi dağ çaylarından sel keçəcək - Xəbərdarlıq
Ekologiya
17:53
Albaniyada etiraz aksiyalarında xəsarət alanların sayı 61 nəfərə çatıb
Digər ölkələr
17:45
Yohannes Klebo Dünya Kubokunda həmyerlisinin rekordunu təkrarlayıb
Fərdi