KİV: Neymar “Barselona” ilə şifahi razılıq əldə edib

KİV: Neymar “Barselona” ilə şifahi razılıq əldə edib Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniyanın “Barselona” klubu ilə şifahi razılıq əldə edib.
Futbol
25 İyun , 2019 11:54
KİV: Neymar “Barselona” ilə şifahi razılıq əldə edib

Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniyanın “Barselona” klubu ilə şifahi razılıq əldə edib.

“Report”un sport.es saytına istinadən verdiyi məlumata görə, tərəflər 5 illik müqavilə ilə bağlı ortaq məxrəcə gəliblər. Bildirilir ki, 27 yaşlı forvard sabiq komandasına dönüşü üçün heç bir tələb irəli sürməyib və Kataloniya klubunun təklif etdiyi şərtləri qəbul edib.

Hazırda illik maaşı 36,8 milyon avro təşkil edən Neymar 24 milyon avroya razı olub.

Qeyd edək ki, PSJ Neymarı 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avro qarşılığında transfer edib. Onun klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi