ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç karyerasını yenidən İtaliyada davam etdirə bilər.
“Report” xəbər verir ki, bu barədə ESPN-ə MLS-in Don Qarber bildirib. Onun sözlərinə görə, 38 yaşlı hücumçunun ABŞ-da qalması inandırıcı deyil: “Zlatan MLS-də keçirdiyi 2 il ərzində demək olar ki, liqanın bütün rekordlarını qırdı. Əlbəttə, onun ABŞ-da qalmasını istərdim, amma hər şey “Los-Anceles Qelaksi”dən asılıdır. Yenə deyirəm, onun MLS-də oynamasını arzulayıram. İşinə olan yanaşmasını, özü barədə üçüncü şəxs kimi danışma tərzini bəyənirəm. Ancaq indi onu dünyanın ən böyük klublarından biri olan “Milan” cəlb edir”.
Qeyd edək ki, İbrahimoviç ötən il transfer olunduğu “Los-Anceles Qelaksi”nin heyətində keçirdiyi 58 oyundan 53 qol vurub və 15 məhsuldar ötürmə verib. ABŞ klubu ilin sonunda müqaviləsinin müddəti başa çatacaq forvard daha öncə vətənində “Malmö”, Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter”, “Milan”, İspaniyanın “Barselona”, Fransanın PSJ və İngiltərənin “Mançester Yunayted” komandalarının formasını geyinib.