KİV: Hollandiya yığmasının sabiq futbolçusu saxlanılıb

KİV: Hollandiya yığmasının sabiq futbolçusu saxlanılıb Hollandiya millisinin sabiq futbolçusu Uesli Sneyder polis tərəfindən saxlanılıb.
Futbol
110
29 İyun , 2019 10:59
KİV: Hollandiya yığmasının sabiq futbolçusu saxlanılıb

Hollandiya millisinin sabiq futbolçusu Uesli Sneyder polis tərəfindən saxlanılıb.

"Report" "De Telegraaf"a istinadən xəbər verir ki, buna 35 yaşlı yarımmüdafiəçinin Hollandiyanın Utrex şəhərində başqa bir şəxsin maşınına ziyan vurması səbəb olub. Təcrübəli oyunçu qarşı tərəfə təzminat ödəyərək məsələni həll edib.

Sneyder hadisə ilə bağlı şərh verməyib.

Qeyd edək ki, Uesli Sneyder 2018-ci ildən "Əl Qarafa"da çıxış edir. Onun müqaviləsi iyunun sonunda başa çatıb. Hollandiyalı yarımmüdafiəçi karyerası ərzində ölkəsinin "Ayaks", İspaniyanın "Real Madrid", İtaliyanın "İnter" və Türkiyənin "Qalatasaray" klublarının formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi