"Keşlə" ingiltərəli futbolçu ilə müqavilə imzalayıb

"Keşlə" ingiltərəli futbolçu ilə müqavilə imzalayıb "Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
3 Fevral , 2022 15:22
Keşlə ingiltərəli futbolçu ilə müqavilə imzalayıb

"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, klub ingiltərəli Natan Oduva ilə müqavilə imzalayıb.

26 yaşlı hücumameylli yarımmüdafiəçinin sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, İngiltərənin "Tottenhem" klubunun yetirməsi olan Natan Oduva son olaraq İrlandiya "Dandolk"unda çıxış edib.

Son xəbərlər

Orphus sistemi