"Keşlə"nin futbolçusu Azərbaycan çempionatında 100-cü oyununu keçirib

"Keşlə"nin futbolçusu Azərbaycan çempionatında 100-cü oyununu keçirib Azərbaycan Premyer Liqasının VII turu "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli üçün yubileylə əlamətdar olub.
Futbol
26 Oktyabr , 2020 10:33
Keşlənin futbolçusu Azərbaycan çempionatında 100-cü oyununu keçirib

Azərbaycan Premyer Liqasının VII turu "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli üçün yubileylə əlamətdar olub.

"Report" PFL-in saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatında 100-cü oyununu keçirib. Bu yubiley “Neftçi” ilə ev matçına (0:1) təsadüf edib.

Premyer Liqada 2014/15 mövsümündə debüt edən futbolçu 100 oyunda 11 qol vurub. O, indiyədək “Simurq”da 1, “Zirə”də 59 (6 qol), “Keşlə”də 40 (5 qol) görüşə çıxıb.

Qeyd edək ki, Vüsalın debütü 2015-ci il mayın 28-də keçirilən “Xəzər Lənkəran” – “Simurq” görüşündə (0:0) gerçəkləşib.

Son xəbərlər

Orphus sistemi