"Keşlə"nin baş məşqçisi meydandan şikayətləndi

"Keşlə"nin baş məşqçisi meydandan şikayətləndi Zirə səfəri hər zaman çətin olub
Futbol
11 Aprel , 2021 19:03
Keşlənin baş məşqçisi meydandan şikayətləndi
Sənan Qurbanov

"Zirə səfəri hər zaman çətin olub. Futbolçular əllərindən gələni etdilər. Meydan da ağır idi. Futbolçuların zədələnməməsi bizim üçün vacibdir".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis matçı zədəsiz və 1 xalla başa vurmalarının sevindirici hal olduğunu bildirib: "Tərlan Quliyevin zədəsinin yüngül olacağına ümid edirik. Qələbə bizim üçün vacib idi. Futbolçular tapşırıqları yerinə yetirdilər".

Qurbanov Sezar Meza Kolli ilə Yevgeni Koçuku meydana buraxmamasının səbəbini dəaçıqlayıb: "Onlar uzun müddət idi komandayla çalışmırdı. Futbolçuları qorumaq üçün risk etmədim".

Son xəbərlər

Orphus sistemi