“Keşlə”nin Avropa Liqasına hazırlıq planı müəyyənləşib

“Keşlə”nin Avropa Liqasına hazırlıq planı müəyyənləşib Paytaxt klubu Türkiyəyə iyunun 27-də yollanacaq
Futbol
13 İyun , 2018 12:56
“Keşlə”nin Avropa Liqasına hazırlıq planı müəyyənləşib

Bakı. 13 iyun. REPORT.AZ/ “Keşlə” futbol komandasının Avropa Liqasına hazırlıq planı müəyyənləşib.

Bu barədə “Report”a komandanın məşqçisi Zaur İsmayılov məlumat verib. O, bildirib ki, kollektiv iyunun 20-də Bakıda bir araya gələcək. Z.İsmayılovun sözlərinə görə, paytaxtdakı hazırlıq müddətində yoxlama matçı nəzərdə tutulmayıb. 

İyunun 27-də isə paytaxt təmsilçisi Türkiyəyə yollanacaq. Lakin məşqçi qonşu ölkədə toplanış məkanının dəqiqləşmədiyini diqqətə çatdırıb: "İki variant var – Bolu və Kızılcahamam. Ankara bölgəsində olacağımız 10 gün müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Rəqiblər hələki dəqiqləşməyib”.

Qeyd edək ki, “Keşlə” Azərbaycan Kubokunun qalibi olmaqla Avropa Liqasına vəsiqə qazanıb. Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq paytaxt klubu ilk oyununu iyulun 12-də keçirəcək.

Son xəbərlər

Orphus sistemi