"Keşlə" "Neftçi"dən ayrılan futbolçu ilə müqavilə bağladı

"Keşlə" "Neftçi"dən ayrılan futbolçu ilə müqavilə bağladı “Keşlə” klubu dövrələrarası fasilədə ilk transferini gerçəkləşdirib.
Futbol
22 İyun , 2020 23:32
Keşlə Neftçidən ayrılan futbolçu ilə müqavilə bağladı

“Keşlə” klubu dövrələrarası fasilədə ilk transferini gerçəkləşdirib. 

"Report"un məlumatına görə, paytaxt təmsilçisi müdafiəçi Tural Axundovla müqavilə imzalayıb. 

Karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” kimi klublarda oynamış 32 yaşlı futbolçunun son klubu “Neftçi” olub. 

Qeyd edək ki, bu gün "Keşlə" 4 futbolçu - Ruslan Əmircanov, Azər Salahlı, Tərlan Quliyev və Vüsal İsgəndərli ilə müqaviləni uzadıb. Daha əvvəl Cabir Əmirli "Neftçi" ilə anlaşıb. Slavik Alxasov və Ruslan Qurbanovla başa çatan sözləşmə isə uzadılmayıb. 

Son xəbərlər

Orphus sistemi