"Keşlə" klubu "Səbail"lə matça 3 itki ilə çıxacaq

"Keşlə" klubu "Səbail"lə matça 3 itki ilə çıxacaq "Keşlə" Azərbaycan Premyer Liqasının XII turunun "Səbail"lə oyununda 2 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Futbol
19 Dekabr , 2020 13:55
Keşlə klubu Səbaillə matça 3 itki ilə çıxacaq

"Keşlə" Azərbaycan Premyer Liqasının XII turunun "Səbail"lə oyununda 2 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Klubdan "Report"a verilən məlumata görə, müdafiəçi İlkin Qırtımov cəzalı, yarımmüdafiəçi Con Kamara isə koronavirusdan yeni sağaldığı üçün sabahkı matçı buraxacaq.

Həmçinin virusa yoluxmuş və hazırda müalicəsini xəstəxanada davam etdirən baş məşqçi Yunis Hüseynov da komandasının sükanı arxasında ola bilməyəcək.

"Səbail" klubunda isə cəzalı və zədəli futbolçu yoxdur.

Qeyd edək ki, dekabrın 20-da keçiriləcək "Keşlə" - "Səbail" matçı saat 16:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi