"Keşlə" klubu 3 futbolçu ilə müqavilə bağlayıb

Futbol
  • 05 iyun, 2018
  • 07:27
Keşlə klubu 3 futbolçu ilə müqavilə bağlayıb

Bakı. 5 iyun. REPORT.AZ/ "Keşlə" futbol klubu "Sumqayıt" klubundan ayrılan Azər Salahlını transfer edib.  

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Salahlı birillik anlaşmaya imza atıb. 

Bundan başqa, Fuad Bayramov və Slavik Alxasovla müqavilə müddəti uzadılıb. Bayramov 1 illik, Alxasov 2 illik sözləşməyə qol çəkib. 

Son xəbərlər

Bütün Xəbər Lenti