"Keşlə" iştirak ərizəsini UEFA-ya təqdim etdi

"Keşlə" iştirak ərizəsini UEFA-ya təqdim etdi "Keşlə" FK UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiya Federasiyasının "Soçi" komandası ilə qarşılaşacaq.
Futbol
389
16 İyul , 2021 15:25
Keşlə iştirak ərizəsini UEFA-ya təqdim etdi

"Keşlə" Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın "Soçi" klubu ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Report" xəbər verir ki, paytaxt təmsilçisinin açıqladığı siyahıda 22 futbolçuya yer verilib. Onların 3-ü qapıçı, 10-nu müdafiəçi, 7-si yarımmüdafiəçi, 2-si isə hücumçudur.

Qapıçılar: 1. Stanislav Namaşko, 85. Kamal Bayramov, 27. Əkbər Vəliyev

Müdafiəçilər: 2. İlkin Qırtımov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 8. Tural Axundov, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 21. Miyusko Boyoviç, 22. Elçin Mustafayev, 44. Sərcan Omarov

Yarımmüdafiəçilər: 7. Rəhman Hacıyev, 10. Felipe Santos, 14. Tiran Vəlizadə, 77. Merab Giqauri, 17. Omar Qudiyabi, 72. Aldair Neto, 99. Rafael Məhərrəmli

Hücumçular: Amil Yunanov, Samir Abdullayev

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 22-də Rusiyada olacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi