"Keşlə" daha 7 futbolçu ilə müqaviləni uzadıb
Futbol
- 13 iyun, 2018
- 17:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Kubokunun qalibi "Keşlə"də yeni mövsüm üçün heyətin formalaşdırılması davam edir.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi daha 7 futbolçu ilə bağlı qərar qəbul edib.
Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Denis Silva Kruz və Adrian Skarlatake ilə müqavilə 1 il, Sərtan Taşkınla 2 il müddətinə uzadılıb.
Qeyd edək ki, "Keşlə" daha əvvəl Azər Salahlını "Sumqayıt"dan transfer edib, Fuad Bayramov və Slavik Alxasovla isə müqaviləni yeniləyib. Hələlik komandanı yalnız Məqsəd İsayev tərk edib. O, "Sabah"a yollanıb.
Son xəbərlər
20:44
Foto
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
Fərdi
20:31
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Region
20:21
Fransada etirazçılar Lill meriyasının binasını talan ediblər
Digər ölkələr
20:09
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
Region
19:50
Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Region
19:39
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": 1918-ci ilin yayında Ağudi kəndində 75-i uşaq olmaqla, 325 nəfər öldürülüb
Daxili siyasət
19:33
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
Region
19:24
İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Region
19:11
Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Digər ölkələr