"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var" "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var".
Futbol
27 Avqust , 2022 14:02
 Kəpəzin legioneri: Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var

"Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var".

"Report"un məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Ahmed Ayzaya klubun rəsmi saytına açıqlamasında deyib.

27 yaşlı yarımmüdafiəçi ev oyunlarını Gəncədə keçirə bilmədikləri üçün təəssüfləndiyini söyləyib: "Komandamız təmsil etdiyi şəhərdə, doğma meydanda oynamalıdır. Onda daha yaxşı mübarizə apara, nəticələr qazana bilərik. Çünki meydan və azarkeş amili həlledicidir".

Ayzaya oyundan-oyuna inkişaf etdiklərini bildirib: "Qəbələ"yə qarşı görüşdə "Neftçi" ilə matçdan daha yaxşı mübarizə apardıq. Amma ortada yenə məğlubiyyət var. Səhvlərdən nəticə çıxarmaq lazımdır. Hər qarşılaşmadan sonra çatışmazlıqları təhlil edirik, harada nəyi düzgün etmədiyimizi görürük. Əsas odur ki, verilən tapşırıqları yerinə yetirək".

Nigeriyalı oyunçu bu gün "Səbail"lə matçda layiqli mübarizə apararaq qələbə qazanmaq istədiklərini sözlərinə əlavə edib: "Hazırlığımız yaxşı keçib, gücümüzü meydanda göstərməliyik”.

Qeyd edək ki, "Səbail" - "Kəpəz" görüşü saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi