"Kəpəz"in baş məşqçisi: "Adil Şükürovla mənim futbol düşüncələrim fərqlidir"

"Kəpəz"in baş məşqçisi: "Adil Şükürovla mənim futbol düşüncələrim fərqlidir" Adil Şükürovla mənim futbol düşüncələrim fərqlidir.
Futbol
2 Oktyabr , 2024 12:46
Kəpəzin baş məşqçisi: Adil Şükürovla mənim futbol düşüncələrim fərqlidir
Azər Bağırov

Komandanın sabiq baş məşqçisi Adil Şükürovla mənim futbol düşüncələrim fərqlidir.

Bunu “Report”a açıqlamasında "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

O, komandada yer alan və daha sonradan cəlb olunan futbolçuların uyğunlaşma dövrü keçdiyini bildirib:

"Klubda çatışmayan cəhətləri sadalamağım etik çıxmaz. Komandanın sabiq baş məşqçisi Adil Şükürovla mənim futbol düşüncələrim fərqlidir. Bu səbəbdən futbolçuların da uyğunlaşma prosesi zaman alır. Üstəlik, komandaya yeni qoşulan futbolçular da oldu. Rauf Hüseynli və Turan Manafov məndən əvvəl "Kəpəz"ə gəliblər. Lakin müəyyən səbəblərə görə məşq etmirdilər. Birlikdə işləməyə başlamışıq".

Mütəxəssis uğursuz çıxış edən Gəncə təmsilçisinin qısa müddət ərzində toparlanacağını söyləyib:

"Kəpəz"in yavaş-yavaş özünə gəldiyini deyə bilərəm. Futbolçularda irəliləyiş hiss edirəm. "Şamaxı" ilə matçda oyunçularımız 10 000 metr məsafə qaçırdılarsa, indi bu rəqəm 11 000-ə bərabərdir. Bu, çox yaxşı göstəricidir. Düşünürəm ki, "Neftçi" ilə oyunda və sonra xallar qazanmağa başlayacağıq".

A.Bağırov Azərbaycan Premyer Liqasının IX turunda qarşılaşacaqları "Neftçi" ilə matçda qələbə qazanmaq istədiklərini vurğulayıb:

"Tək istəyimiz odur ki, futbolçularımızdan heç biri zədə almasın. Çünki heyətimiz kasaddır. Toparlanmağa çalışdığımız müddətdə hansısa zədə kluba daha mənfi təsir göstərəcək. Milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədən sonra "Kəpəz" istədiyimiz oyunu göstərəcək. Mən buna inanıram. Qəlbi "Kəpəz"lə döyünən bütün azarkeşlərimizi "Neftçi" ilə oyunda tribunalara dəvət edirik. Həmin oyunda meydana yalnız qələbə üçün çıxacağıq".

Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasının ilk 8 turunda məğlubiyyətləri sıralayıb. "Sarı-göylər" bu matçlarda rəqib qapılarına 2 qol vurub, 21 top buraxıb.

Son xəbərlər

Orphus sistemi