Keçmiş baş məşqçi "Barselona"nı məhkəməyə verdi

Keçmiş baş məşqçi "Barselona"nı məhkəməyə verdi "Barselona"nın keçmiş baş məşqçisi Enrike Setyen klubu məhkəməyə verib.
Futbol
30 Noyabr , 2020 03:38
Keçmiş baş məşqçi Barselonanı məhkəməyə verdi
Enrike Setyen

"Barselona"nın keçmiş baş məşqçisi Enrike Setyen klubu məhkəməyə verib.

“Report”un məlumatına görə, bu barədə “Catalunya Radio” bildirib.

Qeyd edilir ki, sabiq baş məşqçi vəzifəsindən çıxarılmasına görə Katalon klubundan təzminat almaq istəyir.

Daha əvvəl bildirilirdi ki, "Barselona" Setyenin vəzifəsindən çıxarılmasını yalnız baş məşqçinin vəzifəsindən azad olunmasından 1 ay sonra rəsmiləşdirib. Setyenin vəkilləri klubdan kompensasiya kimi 4 milyon avro tələb edəcəklər.

Setyenin açıqlamasında deyilirdi ki, "Barselona" prezidenti Xosep Maria Bartomeu heç vaxt ona vəzifəsindən çıxarılma şərtləri haqqında bildirməyib.

Avqustun 17-də "Barselona"nın mətbuat xidməti Enrike Setyenin Katalon klubunun baş məşqçisi postundan istefasını elan edib. Buna klubun qeyri-kafi nəticələri səbəbi olub.

Setyen "Barselona"ya bu il 13 yanvardan başçılıq edib.

Son xəbərlər

Orphus sistemi