"Kayrat" Kurban Berdıyevlə yollarını ayırıb

"Kayrat" Kurban Berdıyevlə yollarını ayırıb Qazaxıstanın "Kayrat" futbol komandası baş məşqçi Kurban Berdıyevlə yollarını ayırıb.
Futbol
6 İyun , 2022 16:46
Kayrat Kurban Berdıyevlə yollarını ayırıb

Qazaxıstanın "Kayrat" futbol komandası baş məşqçi Kurban Berdıyevlə yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflər əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyublar. 69 yaşlı mütəxəssisə və köməkçilərinə xidmətləri qarşılığında minnətdarlıq ifadə olunub, uğurlar arzulanıb.

Qeyd edək ki, Kurban Berdıyev "Kayrat"da 2021-ci ilin yayından baş məşqçi kimi çalışıb. Almatı komandası onun rəhbərliyi altında ötən mövsüm Qazaxıstan çempionatında 3-cü, UEFA Konfrans Liqasında "Qarabağ"la birgə yer aldığı qrupda 4-cü yeri tutub. Hazırda "Kayrat" 12 oyundan 16 xalla 8-ci yerdə gedir.

Əvvəllər Berdıyev Rusiyanın "Rostov" və "Rubin" komandalarına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi