Kaxaber Tsxadadze Azərbaycan millisinə namizəd olub

Kaxaber Tsxadadze Azərbaycan millisinə namizəd olub Hazırda Gürcüstanın "Dinamo" (Tbilisi) komandasına rəhbərlik edən Kaxaber Tsxadadze vaxtilə Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən olub.
Futbol
7 İyul , 2021 09:01
Kaxaber Tsxadadze Azərbaycan millisinə namizəd olub
Kaxaber Tsxadadze

Hazırda Gürcüstanın "Dinamo" (Tbilisi) komandasına rəhbərlik edən Kaxaber Tsxadadze vaxtilə Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən olub.

Bu barədə "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşına açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov məlumat verib.

"Tsxadadze Azərbaycanda çox tanınmış, hörmətli mütəxəssisdir. Vaxtilə onun Azərbaycan millisinin baş məşqçi postuna namizədliyini də nəzərdən keçirirdik. Belə məqamlar da olub", - deyə o vurğulayıb.

Qeyd edək ki, Kaxaber Tsxadadze Azərbaycanda 2009 - 2014-cü illərdə "İnter" (indiki "Keşlə") komandasının baş məşqçisi olub. Tsxadadze 2015-ci ilin martından 2016-cı ilin martınadək Gürcüstan yığmasına rəhbərlik edib. O, 2021-ci il mayın 27-də Tbilisi "Dinamo"sunun baş məşqçi təyin olunub. Bu gün "Dinamo" "Neftçi"ni UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşündə qəbul edəcək. Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi