Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq
Futbol
- 07 iyul, 2025
- 17:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Karyerasını bitirən Xorvatiya yığmasının sabiq futbolçusu İvan Rakitiç "Hayduk"da çalışacaq.
"Report"un Xorvatiya təmsilçisinin mətbuat xidmətinə istinadən məlumatına görə, ona klubda texniki direktor vəzifəsi verilib.
Bu barədə Split klubunun yeni idman direktoru Qoran Vuçeviç bildirib. Klub rəsmisi Rakitiçlə çalışmağın şərəf olduğunu söyləyib.
Qeyd edək ki, İ.Rakitiç 2024/2025 mövsümü başa çatdıqdan sonra karyerasını bitirdiyini açıqlayıb.
"Hayduk" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
Son xəbərlər
09:27
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Energetika09:21
Qobustandakı "Diri Baba" türbəsini 9 ayda 28 mindən çox turist ziyarət edib
Turizm09:12
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.10.2026)
Maliyyə09:11
"Gəncə" komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayır
Komanda09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (07.10.2026)
Maliyyə09:02
Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu bu gün tatamiyə çıxacaq
Fərdi08:55
Tailand xarici turistlər üçün rüsum tətbiq etməyi planlaşdırır
Digər ölkələr08:52
Gömrükdə yarım milyon manatdan artıq dəyəri olan dərman aşkarlanıb
Hadisə08:38