“Karvan” klubu Azərbaycan I Liqasında ev oyunlarına ən çox azarkeş gələn komanda olub.
Peşəkar Futbol Liqasından “Report”a verilən məlumata görə, Yevlax təmsilçisinin ev matçlarına mövsüm ərzində orta hesabla 1208 tamaşaçı gəlib.
Bu göstəricidə “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür. I Liqada 2023/2024 mövsümünün görüşlərini ümumilikdə 61970 tamaşaçı izləyib. Texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.
Mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. XXV turda baş tutan matçı 3800 tamaşaçı izləyib.
“Karvan”ın “Mingəçevir”lə I, “Difai Ağsu” ilə III turdakı matçlarında 2500 izləyici olub.
Yer |
Komanda |
Oyun |
Tamaşaçı |
Orta |
1 |
"Karvan" |
14 |
16910 |
1208 |
2 |
"İmişli" |
12 |
11090 |
924 |
3 |
"Şamaxı" |
13 |
9400 |
723 |
4 |
"Mingəçevir" |
13 |
8330 |
641 |
5 |
"Zaqatala" |
14 |
6250 |
446 |
6 |
"Araz Saatlı" |
14 |
3870 |
276 |
7 |
"Qaradağ Lökbatan" |
14 |
2795 |
200 |
8 |
"Difai Ağsu" |
14 |
1330 |
95 |
9 |
MOİK |
13 |
1075 |
83 |
10 |
"İrəvan" |
12 |
920 |
77 |
Cəmi |
133 |
61970 |
466 |