​"Karşıyaka" klubu Mahir Şükürova olan borcu ödəyib

​"Karşıyaka" klubu Mahir Şükürova olan borcu ödəyib Azərbaycanlı futbolçu 55 min dollarını alıb
Futbol
20 Yanvar , 2015 11:24
​Karşıyaka klubu Mahir Şükürova olan borcu ödəyib

Bakı. 20 yanvar. REPORT.AZ/ Türkiyənin "Karşıyaka" klubunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun 2 aylıq maaşı ödənilib. "Report"un "Ajansspor"a istinadən verdiyi məlumata görə, 33 yaşlı müdafiəçi klubun ona verməli olduğu 55 min dollar əmək haqqını alıb.

Borcu ödəyərək, M.Şükürovu komandada saxlayan "Karşıyaka" rəhbərliyi qapıçı David Loriya, Dəniz Pıtır və pullarını almadıqları üçün şikayətçi olan Berkan Əmir və Çikeluba Ofoedu ilə yolları ayırıb.

Qeyd edək ki, bir neçə gün öncə 2 aylıq maaşının verilmədiyini bildirən Mahir Şükürov "Karşıyaka" klubundan FİFA-ya şikayət edərək, 55 min dollarını istəyib.

Son xəbərlər

Orphus sistemi