Karlos Teves rəsmən dünyanın ən yüksək ödənişli futbolçusu olub

Karlos Teves rəsmən dünyanın ən yüksək ödənişli futbolçusu olub O, bu göstəriciyə görə, Kriştiano Ronaldonu geridə qoyub
Futbol
29 Dekabr , 2016 07:55
Karlos Teves rəsmən dünyanın ən yüksək ödənişli futbolçusu olub

Bakı. 29 dekabr. REPORT.AZ/ Argentinalı futbolçu Karlos Teves Çinin "Şanxay Şenxua" klubu ilə müqavilə imzalayıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu yeni komandasında həftəsinə 615 min avro alacaq ki, bu da onu dünyanın ən yüksək ödənişli futbolçusu edəcək.

Belə olan halda o, İspaniya "Real"ının həftəsinə 365 min avro alan portuqaliyalı futbolçusu Kriştiano Ronaldonu geridə qoymuş olub.

Son xəbərlər

Orphus sistemi