Karantinə yollanan baş məşqçi komandasını evdən idarə edəcək

Karantinə yollanan baş məşqçi komandasını evdən idarə edəcək İngiltərənin "Sautgempton" komandasının baş məşqçisi Ralf Hazenhyuttl özünü təcrid edib.
Futbol
29 Dekabr , 2020 19:52
Karantinə yollanan baş məşqçi komandasını evdən idarə edəcək
Ralf Hazenhyuttl

İngiltərənin "Sautgempton" komandasının baş məşqçisi Ralf Hazenhyuttl özünü təcrid edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, ailə üzvlərindən birində koronavirus aşkarlandığı üçün karantinə yollanan avstriyalı mütəxəssis Premyer Liqanın XVI turunun "Vest Hem"lə oyununda texniki zonada yer almayacaq.

Buna baxmayaraq, 53 yaşlı mütəxəssis qarşılaşma zamanı komandasını evdən idarə edəcək, köməkçiləri ilə daim əlaqədə olacaq.

Qeyd edək ki, "Sautgempton" - "Vest Hem" oyunu bu gün keçiriləcək.

Son xəbərlər

Orphus sistemi