Kamran Quliyev: "2-3 oyuna görə baş məşqçidən küsmək doğru deyil"

Kamran Quliyev: "2-3 oyuna görə baş məşqçidən küsmək doğru deyil" "Bu gün baş məşqçinin təyinatından təxminən bir ay ötür. Bir həftədən çox Boluda birlikdə olduq. Çox peşəkar və yaxşı insandır".
Futbol
25 İyul , 2022 15:42
Kamran Quliyev: 2-3 oyuna görə baş məşqçidən küsmək doğru deyil

"Bu gün baş məşqçinin təyinatından təxminən bir ay ötür. Bir həftədən çox Boluda birlikdə olduq. Çox peşəkar və yaxşı insandır".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev yeni baş məşqçi Laurentisu Regekampf haqqında danışarkən deyib.

Funksioner bir oyuna görə kimisə mühakimə etməyin doğru olmadığını söyləyib: "Ona sahib çıxmamağa nə var ki. İnanıram ki, bu iş birliyi bizə kömək olacaq. Onun klubumuza verəcəyi keyfiyyəti zamanla alacağıq. Uzun yol qət edib. Məşqçilik karyerasını nəzərdə tuturam. Tənqid etmək olar. Dəstək verməmək, 2-3 oyuna görə küsmək doğru deyil".

Quliyevin sözlərinə görə, rumıniyalı mütəxəssisə öz fəlsəfəsini komandaya yeritmək qurmaq üçün vaxt lazımdır: "Gözəl futbolçuları var. Baş məşqçimizə sahib çıxmışıq, çıxacağıq da".

Akademiyada süni ot örtüklü meydançaların olmasına münasibət bildirən klub prezidenti Avropanın nüfuzlu komandalarını nümunə göstərib: "Çempionlar Liqasının qalibi olan İspaniya "Real Madrid"inin akademiyasında da süni meydança var. Ot örtüyü yeni olanda onun yaxşı halda olması normaldır. Bizim meydançalar da yüksək səviyyədədir. Bu günədək güclü zədələr olmayıb. İsveçrə klubları ilə bizim təmsilçilərimizin süni meydançaları arasında fərq yoxdur. Biz də istəyirik ki, daha çox təbii meydançalar qurulsun".

Son xəbərlər

Orphus sistemi