Kamil Keres: "Neftçi" ilə oyunun ikinci yarısında səhvlərimiz çox oldu"

Kamil Keres: "Neftçi" ilə oyunun ikinci yarısında səhvlərimiz çox oldu" "Qarşılaşmanın ilk hissəsində çoxlu nikbinlik var, bu səbəbdən razı qaldım".
Futbol
25 Yanvar , 2022 10:29
Kamil Keres: Neftçi ilə oyunun ikinci yarısında səhvlərimiz çox oldu
Kamil Keres

"Qarşılaşmanın ilk hissəsində çoxlu nikbinlik var idi, bu səbəbdən, razı qaldım".

"Report" xəbər verir ki, bunu Polşanın "Qurnik" (Leçna) komandasının baş məşqçisi Kamil Keres "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları yoxlama oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

48 yaşlı mütəxəssis birinci yarıda topa rəqibdən daha çox nəzarət etdiklərini bildirib: "Qol imkanları yaratdıq və hesabı açmaq üçün də imkanlarımız oldu. İkinci yarıda yeni futbolçulara şans verdik, səhvlərimiz çox oldu. Son 15 dəqiqə də bizim üstünlüyümüzlə keçdi. Qapıya zərbələr endirdik, amma hesabı bərabərləşdirmək mümkün olmadı".

Son xəbərlər

Orphus sistemi