Joze Mourinyo tanınmış nəşrin köşə yazarı oldu

Joze Mourinyo tanınmış nəşrin köşə yazarı oldu Portuqaliyalı mütəxəssis Britaniyanın "The Sun" nəşri ilə müqavilə bağlayıb
Futbol
30 Aprel , 2021 19:49
Joze Mourinyo tanınmış nəşrin köşə yazarı oldu
Joze Mourinyo

İngiltərənin "Tottenhem" klubunun sabiq baş məşqçisi Joze Mourinyo özünə yeni iş yeri tapıb.

"Report" xəbər verir ki, portuqaliyalı mütəxəssis Britaniyanın "The Sun" nəşri ilə müqavilə bağlayıb.

O, AVRO-2020-nin oyunları zamanı tanınmış nəşrdə köşə yazarı kimi fəaliyyət göstərəcək. Daha əvvəl Mourinyonun "talkSPORT" radiosunda da ekspert qismində iştirak edəcəyi bəlli olub.

Qeyd edək ki, "Tottenhem" Joze Mourinyonu aprelin 19-da istefaya göndərib. O, bu komanda ilə yanaşı, İngiltərədə "Mançester Yunayted", "Çelsi", İspaniyada "Real Madrid", İtaliyada "İnter" və ölkəsində "Portu"nun da baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi