İtaliyalı hücumçuya "Qızıl buts" mükafatı təqdim olundu

İtaliyalı hücumçuya "Qızıl buts" mükafatı təqdim olundu 32 yaşlı hücumçu mükafatı ilk dəfə qazanıb
Futbol
10 Mart , 2021 18:39
İtaliyalı hücumçuya Qızıl buts mükafatı təqdim olundu

İtaliya millisinin və "Latsio"nun futbolçusu Çiro İmmobileyə "Qızıl buts" mükafatı təqdim olunub.

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafatı ilk dəfə qazanıb.

Təcrübəli forvard ötən mövsüm vurduğu 36 qolla Almaniya "Bavariya"sından Robert Levandovskini (34 qol) və İtaliya "Yuventus"undan Kriştianu Ronaldunu (31 qol) qabaqlayıb.

Qeyd edək ki, Çiro İmmobile 2007-ci ildən bu yana "Qızıl buts"u qazanan ilk italiyalı futbolçudur. Sonuncu dəfə 13 il öncə "Roma"nın kapitanı Françesko Totti sözügedən mükafata sahib çıxmışdı.

Son xəbərlər

Orphus sistemi