İsveçrə millisinə yeni baş məşqçi təyin olunub

İsveçrə millisinə yeni baş məşqçi təyin olunub Futbol üzrə İsveçrə millisinin yeni baş məşqçisi müəyyənləşib.
Futbol
9 Avqust , 2021 13:24
İsveçrə millisinə yeni baş məşqçi təyin olunub
Murat Yakın

Futbol üzrə İsveçrə millisinin yeni baş məşqçisi müəyyənləşib.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın sükanı arxasına Murat Yakın gətirilib.

47 yaşlı mütəxəssislə DÇ-2022-nin seçmə mərhələsinin sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Vladimir Petkoviçi əvəzləyib.

Qeyd edək ki, Murat Yakın daha əvvəl İsveçrənin "Bazel", "Sion" və Rusiyanın "Spartak" (Moskva) komandalarına başçılıq edib. İsveçrəli mütəxəssisin son klubu isə yerli "Şaffhauzen" olub.

Son xəbərlər

Orphus sistemi