İsveçdə Şuşa ilə bağlı mini-futbol turniri keçiriləcək

İsveçdə Şuşa ilə bağlı mini-futbol turniri keçiriləcək 21-23 oktyabr tarixlərində İsveçin paytaxtı Stokholmda Şuşa ilə bağlı beynəlxalq mini-futbol turniri keçiriləcək.
Futbol
26 Avqust , 2022 20:13
İsveçdə Şuşa ilə bağlı mini-futbol turniri keçiriləcək

Oktyabrın 21-də İsveçin paytaxtı Stokholmda Şuşa ilə bağlı beynəlxalq minifutbol turniri keçiriləcək.

Bu barədə "Report"a İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ili Şuşa ili elan etdiyindən, İsveç diasporunun nümayəndəsi kimi belə bir turnir keçirmək qərarına gəliblər: "Konqresimizdə Rüfət Əhmədov adlı peşəkar məşqçi var. Onun 18-19 yaşlılardan ibarət komandası 2016-cı ildə İsveç çempionu olub. Əhmədovun Konqresimiz daxilində İdman Akademiyası fəaliyyət göstərir. O, komandamızı meydana baş məşqçi kimi çıxaracaq. 16 iştirakçı komandanın hamısı İsveçin aşağı divizionlarındakı oyunçulardan qurulub. Komandalar meydana, futzaldakı kimi 4 sahə oyunçusu və 1 qapıçı ilə çıxacaqlar".

Mirzəyevin sözlərinə görə, bu məsələdə onlara yeni səfir Zaur Əhmədov da yaxından kömək edir: "Dünən səfirliyə bütün iştirakçı komandaların nümayəndələrini toplamışdıq. Onlara üzərində Şuşaya aid loqo olan hədiyyələr təqdim etdik".

Qeyd edək ki, "Susa Fotboll Mästerskap 2022" (Şuşa futbol çempionatı) adlanan yarışda Azərbaycan və İsveçdən başqa, Argentina, Braziliya, Fransa, Qambiya, Yunanıstan, İtaliya, Qazaxıstan, Konqo Demokratik Respublikası, Xorvatiya, Mərakeş, Nigeriya, Serbiya, Tunis və Uruqvay komandaları mübarizə aparacaq. Yarış üç gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi