İsveç millisinin üzvü: "Azərbaycanla oyunda qalib gəlməliyik"
Futbol
- 25 mart, 2023
- 06:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"İki gün sonra növbəti oyunumuzu keçirəcəyik. Bu matçda qalib gəlməliyik".
"Report"un məlumatına görə, bunu İsveç millisinin futbolçusu Emil Forsberq evdə Belçikaya 0:3 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
Almaniya "Leyptsiq"ində çıxış edən 32 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib ki, Azərbaycanla görüşdə nəyi təkmilləşdirməli olduqlarını daha yaxşı görəcəklər: "Müəyyən vəziyyətlərdə bir az daha aqressiv və cəsarətli olmalıyıq. Bunu etsək, düşünürəm ki, Azərbaycana qalib gəlmək şansımız yüksəkdir".
Qeyd edək ki, İsveç - Azərbaycan oyunu martın 27-də Solnadakı "Frends Arena"da keçiriləcək.
Son xəbərlər
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region
02:07
İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub
Futbol
01:21
Foto
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
Hadisə
01:09
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
Digər ölkələr
00:47
Sankt-Peterburqda meymunçiçəyinə bir gündə üçüncü yoluxma aşkarlanıb
Region
00:18
Belarusda "Spotify" dekabrın 1-dən bloklanacaq
Digər ölkələr
23:48
Foto
Azərbaycan deflimpiyaçıları Ermənistanda keçirilən Avropa çempionatında 6 medal qazanıblar
Fərdi