İspaniyalı hücumçu "Qarabağ"la matçdan əvvəl zədələndi

İspaniyalı hücumçu "Qarabağ"la matçdan əvvəl zədələndi İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Pako Alkaser Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la matçı buraxa bilər.
Futbol
513
7 Dekabr , 2020 09:04
İspaniyalı hücumçu Qarabağla matçdan əvvəl zədələndi
Pako Alkaser

İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Pako Alkaser Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la matçı buraxa bilər.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu La Liqanın XII turunda "Elçe" ilə qolsuz heç-heçə etdikləri matçda zədələnib.

İkinci hissədə meydana daxil olan futbolçu sonadək meydanda ola bilməyib. İspaniyalı forvard əzələsində ağrılar hiss edib və 78-ci dəqiqədə əvəzlənib. Komandanın baş məşqçisi Unay Emeri mətbuat konfransında Alkaserin zədəsinin təzələndiyini söyləyib.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Daha əvvəl digər hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomesin də zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacağı açıqlanıb.

Son xəbərlər

Orphus sistemi