İspaniyalı futbolçu "Barselona"nın baş məşqçisini təlxək adlandırdı

İspaniyalı futbolçu "Barselona"nın baş məşqçisini təlxək adlandırdı İspaniyalı forvard 58 yaşlı mütəxəssisin təvazükarlıqdan uzaq olduğunu bildirib
Futbol
5 Fevral , 2021 16:15
İspaniyalı futbolçu Barselonanın baş məşqçisini təlxək adlandırdı
Roberto Soldado

İspaniya Kubokunun 1/4 final mərhələsinin ev oyunundan sonra "Qranada"nın futbolçusu Roberto Soldado ilə "Barselona"nın baş məşqçisi Ronald Kuman arasında münaqişə baş verib.

"Report"un məlumatına görə, niderlandlı mütəxəssisin qələbə sevincini həzm edə bilməyən 36 yaşlı hücumçu onu təlxək adlandırıb.

İspaniyalı forvard 58 yaşlı mütəxəssisin təvazükarlıqdan uzaq olduğunu bildirib: "O, axmaq, eyni zamanda kloundur".

Qeyd edək ki, Soldado "Barselona" ilə matçda 2 qol vuraraq komandasını önə çıxarsa da, qonaqlar son dəqiqələrdə hesabı bərabərləşdirə biliblər. Əlavə vaxtda daha 3 dəfə fərqlənən kataloniyalılar 5:3 hesablı qələbə sayəsində yarımfinala vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi