İspaniya La Liqasında yenə 5 əvəzetmə olacaq

İspaniya La Liqasında yenə 5 əvəzetmə olacaq İspaniya Futbol Federasiyası 2020/2021 mövsümündə La Liqa və Sequndada tətbiq olunacaq yeni qaydaları açıqlayıb.
Futbol
8 Sentyabr , 2020 18:53
İspaniya La Liqasında yenə 5 əvəzetmə olacaq

İspaniya Futbol Federasiyası 2020/2021 mövsümündə La Liqa və Sequndada tətbiq olunacaq yeni qaydaları açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, hər iki liqada oyun ərzində 5 əvəzetmədən istifadə ediləcək.

Federasiya koronavirus pandemiyası səbəbindən 2019/2020 mövsümü üçün nəzərdə tutulan qaydanı yeni futbol ilində də qüvvədə saxlayıb.

Klubların iştirak ərizəsində isə maksimum 23 futbolçunun adı yer alacaq.

Qeyd edək ki, daha əvvəl İngiltərə Premyer Liqasında 5 əvəzetmə qaydasının ləğv olunduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi