İspaniya Kuboku: "Barselona"nın finaldakı rəqibi məlum oldu

İspaniya Kuboku: "Barselona"nın finaldakı rəqibi məlum oldu Futbol üzrə İspaniya Kubokunda ikinci finalçı da müəyyənləşib. "Report"un məlumatına görə, həlledici qarşılaşmada "Barselona"ya "Atletik" komandası rəqib olub.
Futbol
5 Mart , 2021 02:36
İspaniya Kuboku: Barselonanın finaldakı rəqibi məlum oldu

Futbol üzrə İspaniya Kubokunda ikinci finalçı da müəyyənləşib. "Report"un məlumatına görə, həlledici qarşılaşmada "Barselona"ya "Atletik" komandası rəqib olub.

Bilbao təmsilçisi yarımfinalda "Levante"ni üstələyib. İki komanda arasındakı hər iki görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Cavab oyununun əlavə vaxtında usə "Atletik" daha bir qol vuraraq, qələbəyə nail olub - 2:1.

İspaniya Kuboku
Yarımfinal, cavab oyunu
"Levante" - "Atletik" - 1:2 (əlavə vaxt - 0:1)

Qollar: Marti Roxer, 17 - Raul Qarsiya, 30 (pen.). Alexandro Berenger, 112
İlk oyun - 1:1

Qeyd edək ki, digər finalçşı "Barselona" yarımfinalda "Sevilya"nı iki oyunun nəticəsində məğlubiyyətə uğradıb - 0:2, 3:0.

Son xəbərlər

Orphus sistemi