"İrəvan" klubunun prezidenti, "İmişli"nin isə meneceri cəzalanıb

"İrəvan" klubunun prezidenti, "İmişli"nin isə meneceri cəzalanıb AFFA İntizam Komitəsi I Liqada çıxış edən klubların rəsmi şəxslərini cəzalandırıb.
Futbol
29 Noyabr , 2023 14:38
İrəvan klubunun prezidenti, İmişlinin isə meneceri cəzalanıb

AFFA İntizam Komitəsi I Liqada çıxış edən klubların rəsmi şəxslərini cəzalandırıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "İmişli"nin meneceri İlkin Əhmədov IX turda “Qaradağ Lökbatan”la matçın rəsmi şəxsinə təzyiq etdiyinə görə 2 oyunluq cəza ilə üzləşib.

"İrəvan"ın prezidenti Zahid Niyazəliyev isə akkreditasiya vəsiqəsi olmadan meydana və dəhlizə daxil olduğu üçün 1 matçlıq cəzalanıb.

Son xəbərlər

Orphus sistemi