"İnter"in hücumçusu gözlənilmədən "Real Madrid"ə keçir

"İnter"in hücumçusu gözlənilmədən "Real Madrid"ə keçir İtaliyanın "İnter" klubunun futbolçusu Lautaro Martines İspaniya "Real Madrid"inə keçəcək.
Futbol
14 Sentyabr , 2020 16:12
İnterin hücumçusu gözlənilmədən Real Madridə keçir
Lautaro Martines

İtaliyanın "İnter" komandasının futbolçusu Lautaro Martines İspaniya "Real Madrid"inə keçəcək. 

"Report" "Sport Mediaset" nəşrinə istinadən xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub.

İddiaya görə, Milan təmsilçisi bu keçidi argentinalı forvardın xidmətində maraqlı olan "Barselona"dan gizli saxlayıb. Çünki "İnter" hazırda Arturo Vidalın transferi üçün Kataloniya təmsilçisi ilə danışıqları davam etdirir.

İtaliya klubunun rəhbərliyi hesab edir ki, 23 yaşlı forvardın satışından əldə olunacaq gəlir "Real Madrid"dən 40 milyon avro qarşılığında alınan Əşrəf Hakiminin transfer xərclərini bağlayacaq. Həmçinin Madrid təmsilçisnin hücumçusu Luka Yoviç Martinesin əvəzinə "İnter"ə icarəyə verilə bilər.

Cənubi amerikalı oyunçunun "Real Madrid"dəki illik maaşı təxminən 8 milyon avro olacaq. Oyunçu Milan klubundakı məvacibdən 3 milyon avro çox, "Barselona"nın təklif etdiyi məğləğdən isə 2 milyon avro az qazanacaq.

Son xəbərlər

Orphus sistemi